Moskvada 17 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 18 iyun tarixində xəbər verir.
Qəza Moskvanın şimal-şərqində, Dmitriyevski küçəsindəki 11 saylı binanın yaxınlığında baş verib.
Yük maşını 16 avtomobilə çarpılıb. Nəticədə avtomobillərə ziyan dəyib, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.