Nənəsi 2 yaşlı İsmayılın xəstə olduğunu söyləyərək körpəni sığınacağa təhvil verib. Bu haqda Qadın və Uşaq Sığınacağı martın 30-da xəbər paylaşıb.
Qadın İsmayılda epilepsiya və ürək problemlərinin olduğunu deyib. Lakin müayinə zamanı uşağın sağlam olduğu məlum olub. Ona sadəcə qurd əleyhinə dərman müalicəsi təyin edilib.
Oxu.az-ın verdiyi məlumata görə, İsmayılın valideynləri həbsxanadadır.