2022-ci ilə Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətlərində islahatları gücləndirəcək. Bu haqda dekabrın 31-də XalqQazeti məlumat yayıb.
Əsas məqsəd COVID-19 virusu ilə əlaqədar qeyri-müəyyənliklər şəraitində maliyyə sektorunda dayanıqlı sabitliyi təmin etmək, müxtəlif seqmentlərin davamlı və stabil fəaliyyətini dəstəkləmək və iqtisadiyyatda maliyyə-bank sektorunun rolunu gücləndirməkdir.