top
Nəqliyyat vasitələrinin normadan artıq yüklənməsinə görə bu şəxslər 4000 manat cərimələnəcəklər
07 iyun 2024, 03:46
- ↺ +

Nəqliyyat vasitələrinin normadan artıq yüklənməsinə görə bu şəxslər 4000 manat cərimələnəcəklər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin normadan artıq yüklənməsinə görə cərimələr artırılır. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 7 iyun tarixində xəbər verir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə ediləcəklər.

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə ediləcəklər.

Hazırkı qanunvericiliyə görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla 1 200 manat məbləğində cərimə olunur.

Layihəyə əsasən, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1 200 manat məbləğində cərimələnəcəklər.

Digər dəyişikliklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə olunacaq.

Hazırkı qanuna görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan 8 000 manatadək məbləğdə cərimə edilirlər.

 

Layihə ilə həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 500 manat məbləğində, hüquqi şəxslər 7 000 manatadək məbləğdə cərimələnəcəklər.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
Dünən, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
Dünən, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
Dünən, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
Dünən, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
Dünən, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Yerli xəbərlər
Dünən, 16:19

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Yerli xəbərlər
Dünən, 16:15

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:12

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:12

Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Yerli xəbərlər
Dünən, 14:59

Bu gün Azərbaycanda qısa iş günü deyil

Yerli xəbərlər
Dünən, 14:23

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Yerli xəbərlər
Dünən, 13:53

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Yerli xəbərlər
Dünən, 13:37

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb - Birgə məlumat

Yerli xəbərlər
Dünən, 13:33

Yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib

Yerli xəbərlər
Dünən, 13:22

Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Yerli xəbərlər
Dünən, 12:27

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Dünən, 12:26

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Yerli xəbərlər
Dünən, 12:17

Azərbaycanda 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib

Yerli xəbərlər
Dünən, 11:40

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

Yerli xəbərlər
Dünən, 11:34

Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış edib

Yerli xəbərlər
Dünən, 11:08

DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Dünən, 11:03

Metronun bu stansiyası yenidən qurulacaq

Yerli xəbərlər
Dünən, 10:45

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Oxşar xəbərlər