Narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü tutulub. Bu barədə 14 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Hövsan qəsəbəsində yaşayan “VAZ-21015” markalı avtomobili idarə edən taksi sürücüsü psixotrop maddə olan metamfetamini qəbul etdiyini etiraf edib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Qeyd edək ki, eyni tarixdə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 8 nəfər saxlanılıb.