Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan 5 nəfər saxlanılıb. Bu haqda martın 9-da DİN məlumat yayıb.
Onlardan ümumilikdə 7 kiloqram heroin, metamfetamin və elektron tərəzilər aşkar olunub.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsilə əldə ediblər. Onlar xarici ölkələrdə yaşayan narkotacirlərlə tanış olaraq həmin şəxslərin narkokuryerlik təklifi ilə razılaşıblar.
Araşdırma zamanı müəyyən edilib ki, Qadir Nəsibov evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil edib. O, narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb.