Narkotikin təsiri altında TikTok-da canlı yayım açan 19 yaşlı şəxs həbs edilib. Bu haqda 30 dekabr tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, bir müddət əvvəl gənc oğlan sosial şəbəkədə canlı yayım açaraq dostuna “polis məndən xahiş edir ki, bizim ərazimizdə dvijeniya etməyin” sözlərini deyib. Keçirilən əməliyyatlar zamanı həmin şəxs müəyyən edilib və saxlanılıb.
O, həmin ifadələri narkotikin təsiri altında izləyicilərinin marağını cəlb etmək üçün dediyini etiraf edib. Həmçinin sözügedən şəxsin üzərinə baxış zamanı narkotik vasitə tapılıb.
Gəncin barəsində 45 gün müddətə inzibati həbs tətbiq edilib.