Neftçi türkiyəli müdafiəçi Mert Çeliklə yollarını ayırıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 24 iyun tarixində xəbər verir.
"Ağ-qaralar" Türkiyənin "Başakşehir" komandasından icarəyə götürdüyü 23 yaşlı oyunçu ilə sözləşməni uzatmayıb.
Mert Çelik 2020-ci ilin sentyabrından bu yana “Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub.
"Neftçi" daha əvvəl Sezar Meza Kolli və Vato Arveladze ilə əməkdaşlığa son qoyub.