İsrailin Baş naziri Benyamin Netanyahu hərbi kabineti buraxdığını elan edib. Bu barədə İnsanoid “Times of Israel”ə istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
O bildirib ki, Benni Qants kabineti tərk etdiyi üçün bu strukturun fəaliyyətinə də ehtiyac qalmayıb.
Ehtimal olunur ki, hökumət başçısı sözügedən hərbi kabineti daha geniş tərkibdə yenidən formalaşdıracaq.
Bu struktur ötən il oktyabrın 11-dən etibarən HAMAS ilə mübarizə məqsədləri üçün yaradılmışdı.