Peyvənd məntəqələrində yalnız 20-21 mart tarixlərində qeyri-iş günü olacaq. Bu barədə martın 18-də Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Lakin əhalinin davamlı olaraq vaksinasiyasını təmin etmək üçün peyvənd məntəqələri 20-21 mart tarixləri istisna olmaqla, bütün günlər fəaliyyət göstərəcək.