Oğuzda yaşadığı evdə təmir işləri aparan 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə 31 mart tarixində Apa məlumat verib.
Məlumata görə, hadisə rayonun Qumlaq kəndində baş verib. Belə ki, 1935-ci il təvəllüdlü şəxs yaşadığı evin dam örtüyünü təmir etmək istəyən zaman ehtiyatsızlıqdan nərdivandan yıxılıb. Nəticədə sözügedən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.