Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub. Bu barədə 22 iyul tarixində APA məlumat verib.
Hadisə rayonun Yemişənli kəndində baş verib. 2013-cü il təvəllüdlü kənd sakini Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb. 11 yaşlı F. Qədirova boğularaq ölüb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.