Oğuz polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Ələkbər Məmmədəliyev və 58 yaşlı Nemət Abdullayev saxlanılıblar.
Ə.Məmmədəliyevin Padar, N.Abdullayevin isə Xaçmaz kəndindəki meşə zolağında əkdikləri çətənə kolları, gübrə və digər qulluq vasitələri polis əməkdaşları tərəfindən aşkar edilib.
Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiklərini bildiriblər.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 6 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.