Oğuzdakı ağır yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb. Bu barədə 13 iyun tarixində Report məlumat verib.
Belə ki, Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “Toyota” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Oğuz rayon sakini Abbasov İlqar Aydın oğlu aldığı xəsarətlərdən ölüb, iki nəqliyyat vasitəsində xəsarət alan ümumilikdə 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" size="full" ids="119026,119025,119027"]