top
Ölkə məktəblərində 4-cü siniflərin monitorinqi başlayıb
10 iyun 2023, 00:34
- +

Ölkə məktəblərində 4-cü siniflərin monitorinqi başlayıb

Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq başlayıb. Bu barədə Report 10 iyun tarixində xəbər verib.

Bu gün saat 10:00-da başlayan monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır.

Məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, 4-cü sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılmasıdır.

Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edir.

Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual və riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. Monitorinqin müddəti 120 dəqiqədir.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.

 

Son xəbərlər

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:54

Azərbycanın bank sektorunda böyük birləşmə: "Access Bank" alınır

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:51

BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:36

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin tərkibi genişlənib

Bütün Xəbərlər
11 sentyabr 2026, 13:07

Sabah 31 dərəcə isti olacaq

Bütün Xəbərlər
11 sentyabr 2026, 13:06

Azərbaycanda magistratura müddətinin azaldılması təklif edilir

Bütün Xəbərlər
11 sentyabr 2026, 12:56

Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

Bütün Xəbərlər
11 sentyabr 2026, 11:59

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Bütün Xəbərlər
11 sentyabr 2026, 11:13

AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib

Bütün Xəbərlər
11 sentyabr 2026, 10:56

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Bütün Xəbərlər
11 sentyabr 2026, 10:49

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək

Bütün Xəbərlər
11 sentyabr 2026, 09:50

Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək

Bütün Xəbərlər
10 sentyabr 2026, 17:06

4 rayonda su təminatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 17:03

Qoruq ərazilərində minatəmizləmə zamanı aşkar edilən tarixi abidələrin mühafizəsi qaydası müəyyənləşib

Bütün Xəbərlər
10 sentyabr 2026, 16:16

Buraxılış imtahanlarının proqramları açıqlanıb

Bütün Xəbərlər
10 sentyabr 2026, 15:25

Sərhəddə yeni nəzarət məntəqələri qurulacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 15:19

Naxçıvanda dabaqdan azad zona yaradılacaq, heyvanların vaxtsız kəsiminə nəzarət olunacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:59

Qolsuz körpəsindən imtina edib, pişik balasını özü ilə apardı – Həmin "ana" ilə bağlı SENSASİON DETALLAR

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:45

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:38

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Bütün Xəbərlər
10 sentyabr 2026, 13:30

XİN: Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb, iki Azərbaycan vətəndaşı ölüb

Bütün Xəbərlər
10 sentyabr 2026, 13:16

İrandan Azərbaycana 84 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Bütün Xəbərlər
10 sentyabr 2026, 12:43

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

Bütün Xəbərlər
10 sentyabr 2026, 12:33

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var

Bütün Xəbərlər
10 sentyabr 2026, 12:06

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Oxşar xəbərlər