Cənub bölgəsində ildırımlı, şimşəkli hava şəraiti hökm sürür. Hazırda fasilələrlə leysan xarakterli yağış yağır. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 22 iyun tarixində xəbər verir.
Bu gün səhər saatlarından başlayaraq, ölkənin cənub bölgəsində ildırımlı, şimşəkli hava şəraiti hökm sürür.
Hazırda bölgədə leysan xarakterli yağış yağır. Hər hansı bir fəsadın baş verməməsi üçün bəzi yerlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Bu saata kimi dağıntı və fəsad barədə məlumat daxil olmayıb.
Bölgədə yağış davam edir.