Bir nəfər Ordubad rayon Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə İnsanoid prokurorluğa istinadən bu gün, 14 iyun tarixində xəbər verir.
İyunun 13-də 48 yaşlı Bəxtiyar Rəsulovun qisas motivi ilə 50 yaşlı həmkəndlisi İbrahim Tağıyevə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəsulov Bəxtiyar Sərdar oğlu şübhəli şəxs qismində tutulub.
Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.