“Parazit” filminin ulduzu, zəngin bir ailənin başçısı rolunu oynayan Li Sun-Gyun vəfat edib. Bu barədə 27 dekabr tarixində İnsanoid xarici KİV-yə istinanəd məlumat verib.
48 yaşlı aktyor Seulda avtomobilində ölü tapılıb. Onun özünə qəsd etdiyi ehtimal olunur.
Onun evində intihar məktubu olub.
Qeyd edək ki, Li Sun-Gyun əvvəllər qadağan olunmuş maddələrdən istifadə etməkdə şübhəli bilinirdi. Məhz buna görə aktyora Cənubi Koreyanı tərk etmək qadağan olunmuşdu.