Ötən gün 50-dən çox silah-sursat polisə təhvil verilib. Bu barədə 11 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Noyabrın 10-da polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 patron darağı, 33 ədəd müxtəlifçaplı patron və 11 ədəd müxtəlif markalı ov tüfəngi təhvil alıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.