Ötən gün 81 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda aprelin 15-də DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılıb.
1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 55, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.