Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 4 tüfəng təhvil götürüblər.
Bu barədə 28 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, dekabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 4 ədəd müxtəlif markalı tüfəng və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.