Ötən il 1508 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Bu barədə məlumat 11 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əks olunub.
Məlumata əsasən, törədilmiş inzibati xətaya görə vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 2,8 milyon manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.
Qeyd olunub ki, cərimələrin 1 milyon manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.