Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsin qanunsuz əməlləri ifşa edilib. Bu barədə aprelin 20-də Baş Prokurorluqdan məlumat verilib.
Babayev İlkin Əbülfəz oğlunun qanunsuz əməlləri ilə bağlı istintaq aparılıb.
İ. Babayev özünü prokurorluqda işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edib. O, təqsirləndirilənin yaxın qohumuna yalan vəd verib ki, həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik edəcək.
Bununla o, 2020-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda sonuncudan ümumilikdə 30 min manat məbləğdə pul alıb. Eləcə də vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.