Naməlum şəxslər Ermənistanın baş naziri Nikol Paşinyanın qaynının evini qarət ediblər.
İnsanoid.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, oğurluq "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı, Nikolun qaynı Hraçya Akopyanın evində baş verib.
Hadisənin məxfi saxlanılmasına baxmayaraq, yayılan söz-söhbətlərə görə Akopyanın tez-tez səyahət etməsi, evdə çox vaxt keçirtməməsi oğrular üçün fürsət yaradıb.
Ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb ki, oğurluq hadisəsi ilə bağlı bütün materiallar İstintaq Komitəsinə göndərilib.
Qeyd edək ki, Akopyan sözügedən malikanəni hakimiyyət dəyişikliyindən sonra alıb.