Pirallahı rayonunun Dübəndi bağları yaşayış massivində 10 evdən oğurluq edən 2 şəxs saxlanılıb. Bu haqda martın 10-da Report məlumat yayıb.
Saxlanılan 2 paytaxt sakini evlərdən tikinti materialları, təmir-tikinti alətləri və digər əşyalar oğurlayıblar.
Faktlarla bağlı Pirallahı Rayon Polis Şöbəsində Cinayət İşi başlanılıb.