Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər tutulub. Bu barədə yanvarın 5-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan şəxslərdən ümumilikdə 6 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.