Putin xalqa müraciətində Priqojini xəyanətkar adlandırıb. Bu barədə İnsanoid bu gün, 24 iyun tarixində xəbər verir.
Vladimir Putin döyüşən və xidmətdə olan hərbçilərə səslənib. Onların düzgün seçim edəcəyinə inandığını deyib. Rusiya Prezidenti müharibənin xalqının taleyini həll etdiyini də vurğulayıb.
O, Priqojinin və onun tərəfdaşlarının hərəkətini “arxadan vurulan zərbə” adlandırıb. Bundan əlavə, xalqın və dövlətin suverenliyinin qorunacağını, xəyanət edənlərin isə cəzalandırılacağını və bu hərəkətə görə cavab verəcəklərini bildirib.
Putin xalqının bu çətinliklərdən də üzüağ çıxacağını və daha da güclənəcəyini qeyd edib.