Qadınların Polis Akademiyasına qəbulu hazırda aparılmır. Bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Zeyni Hüseynov aprelin 20-də xəbər paylaşıb.
Onun sözlərinə görə, bu, o demək deyil ki, qadın vətəndaşlar polis sıralarına qoşula bilməz. Onlar digər yerli ali təhsil müəssisələrini hüquq ixtisası üzrə bitirib polis orqanlarında xidmətə qəbul ola bilərlər.