Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində hərbi sursatlar aşkar edilib. Bu barədə martın 9-da FHN məlumat yayıb.
Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararlı 1 ədəd PQ-2 reaktiv qumbarası müəyyən edilib. Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.