Bu günlərdə paytaxt ərazisində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi reyd zamanı maraqlı hal yaşanıb. Bu barədə İnsanoid ARB Xəbərə istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Heyvan kəsim məntəqələrindən birində televiziya əməkdaşlarının iştirakı ilə keçirilən reyddə qəssablardan biri kameraya düşməmək üçün piştaxtanın altında gizlənib.
AQTA nümayəndəsinin onu görməsindən sonra gizləndiyi yerdən çıxmağa vadar olan şəxs qəssab olmadığını deyərək uzaqlaşıb. Həmin məntəqədə standartlara uyğun olmayan kəsimin aparılması halı aşkarlanıb.