Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 28 iyul tarixində Report məlumat verib.
Rayonun Alpout kəndində 1959-cu il təvəllüdlü Asif Şamoy oğlu Həsənovu avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.