Qazax rayonunda yerli sakin özünü yarımçıq tikilinin çardağından asaraq intihar edib. Bu barədə 27 iyun tarixində Report məlumat verib.
Hadisə rayonun Salahlı kəndində qeydə alınıb.
Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Vaqif oğlu Şıxıyev həyətlərindəki yarımçıq tikilinin çardağından asılaraq intihar edib.
Onun subay olduğu, ata-anası ilə birgə yaşadığı və özünə qapanmaları olduğu bildirilir.
İntiharın səbəbi araşdırılır.