Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bu barədə 5 fevral tarixində İnsanoid xarici KİV-yə istinadən məlumat verir.
Dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb.
Məlumata görə, yeni hökumət formalaşdırılana qədər Baş nazir səlahiyyətlərini əvvəlki kabinetdə Baş nazirin birinci müavini Roman Sklyar icra edəcək.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayından Qazaxıstanın Baş naziri Alixan Smailov idi.