Cari ilin ilk iki ayı ərzində tədiyyə növləri və sahələr üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmalarında artımlar qeydə alınıb. Bu barədə 28 mart tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində paylaşım edib.
Ən çox artım torpaq (2,1 dəfə), mədən (2 dəfə) və mənfəət (68%) vergisi üzrə qeydə alınıb. Qeyri-neft sektorunun sahələri üzrə ən yüksək artım isə nəqliyyat (4,5 dəfə), ictimai iaşə (3,9 dəfə) və topdan ticarət (2,3 dəfə) sektorunda qeydə alınıb.
Qeyri-neft sektorunda müşahidə edilən müsbət dinamika şəraitində 2022-ci ilin yanvar-fevral aylarında tədiyyə növləri və sahələr üzrə #vergi daxilolmalarında ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artımlar qeydə alınıb.#EconomyAz #QeyriNeftSektoru pic.twitter.com/lZk1nR51BN
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 28, 2022