Zərdab şəhərində qızıl mağazasından oğurluq olub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 26 iyun tarixində məlumat verir.
Şəhər ərazisindəki mağazaların birindən 5390 manat dəyərində 14 ədəd qızıl üzüyü oğurlamaqda şübhəli bilinən Körpükənd kənd sakini Taleh İsazadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.