"Qızıl top" mükafatının veriləcəyi tarix müəyyənləşib. Bu barədə İnsanoid "France Football" jurnalına istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
2023/2024 mövsümünün ən yaxşı futbolçusu nominasiyası üzrə "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə öz sahibini tapacaq.
Mükafata namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.
Qeyd edək ki, bu mükafata sonuncu dəfə 2023-cü ildə argentinalı Lionel Messi sahib çıxıb.