Qobustanda avtomobil aşıb. Bu barədə 15 iyun tarixində APA məlumat verib.
Belə ki, 1997-ci il təvəllüdlü Mehdiyev Həbib Əflan oğlu idarə etdiyi özünə məxsus “İnfitini” markalı avtomobillə hərəkətdə olarkən Qobustan qəsəbəsinin muzey yolunda idarəetməni itirərək aşıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olan Qobustan qəsəbə sakini, 1999-cu il təvəllüdlü Quluzadə Ziya Zeynal oğlu isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.