Qubada polis əməkdaşları tərəfindən 13 nəfər saxlanılıb. Bu barədə 29 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Saxlanılan rayon sakinlərindən narkotik vasitə olan marixuana, 5 ədəd güclü təsirediciliyə malik tramadol həbləri və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.