Qubada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Fərman Mirişov saxlanılıb. Bu barədə aprelin 6-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi xeyli sayda çətənə bitkisi aşkar olunaraq götürülüb. Bundan əlavə, onun evindən marixuana tapılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Mirişov barəsində həbs qətimkan tədbiri seçilib.