Qubada narkotik vasitələrin təsiri altında olan taksi sürücüsü tutulub. Bu haqda 16 mart tarixində Daxili İşlər Nazirliyindən Trend-ə məlumat verilib.
Belə ki, “VAZ-2106” markalı avtomobili sürən rayon sakini nəzarət-yoxlama qaydasında saxlanılıb. O, həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması məlum olub.
Vətəndaş məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.