Qubada torpaq sürüşməsi baş verib. Bu barədə aprelin 4-də APA məlumat yayıb.
Hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb. Ötən gün səhər saatlarında başlayan torpaq sürüşməsini yaxınlıqda yaşayan kənd sakinləri müşahidə edib.
Torpaq sürüşməsi 1 hektar ərazini əhatə edir. Kəndin üst hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrə çatır. Sürüşmə zonası evlərdən 300 metr aralıda yerləşir.