Qubada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə aprelin 4-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
E.Qaraxanovun üzərindən və evindən yarım kiloqramdan artıq marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.