Qubanın ucqar dağ kəndlərinə güclü yağışdan sonra sel gəlib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Sel nəticəsində Qarxun, Dərk, Xaltan kəndlərinin daxili yollarına və kəndləri birləşdirən 1 körpüyə ziyan dəyib.
Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb.