Qusar rayon Qayakənd kəndində kolluq sahədə xeyli sayda sursat aşkarlanıb. Bu haqda noyabrın 24-də DİN məlumat verib.
Polis tərəfindən 1 ədəd qumbara, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.