Sosial şəbəkələrdə ən çox izlənilən klublar bəlli olub. Bu barədə İnsanoid Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin rəsmi saytına istinadən bu gün, 14 iyun tarixində xəbər verir.
Siyahıya İspaniyanın "Real Madrid" klubu başçılıq edir.
Madrid təmsilçisinin ümumilikdə 363 milyon abunəçisi var.
“Real Madrid”
“Twitter” - 79,9 milyon;
“İnstagram” - 135 milyon;
“Facebook” - 117 milyon;
"TikTok" - 30,8 milyon
İkinci yerdə 342 milyon izləyici ilə İspaniyanın digər nəhəng klubu qərarlaşıb.
"Barselona"
"Twitter" - 82,8 milyon;
"İnstagram" - 119 milyon;
"Facebook" - 112 milyon;
"Tik-tok" - 28,3 milyon.
İlk üçlüyü 206 milyonla İngiltərə klubu qapayır.
"Mançester Yunayted"
"Twitter" - 41,5 milyon;
"İnstagram" - 61,5 milyon;
"Facebook" - 80,8 milyon;
"Tik-tok" - 22,4 milyon.
Türkiyə çempionu "Qalatasaray" 40,1 milyon ("Twitter" - 13,9; "İnstagram" - 12,6; "Facebook" - 12; "Tik-tok" - 1,6) izləyici ilə 18-ci, digər İstanbul təmsilçilərindən "Fənərbağça" 29,8 milyonla ("Twitter" - 11,4; "İnstagram" - 8,7; "Facebook" - 8,6; "Tik-tok" - 1,1) 21-ci, "Beşiktaş" 17,6 milyonla ("Twitter" - 6,1; "İnstagram" - 5,5; "Facebook" - 5,4; "Tik-tok" - 0, 6) 33-cü sıradadır.