Sabah, martın 19-da İçərişəhər ərazisində Novruz bayramı ilə əlaqədar tədbir baş tutacaq. Bu haqda Trend "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər paylaşıb.
Məlumata görə, tədbir saat 17:00-da canlı musiqi və alov şousu ilə başlayacaq. Saat 19:30-da isə tonqal qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi və canlı musiqi ilə davam edəcək.