"Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının oyunçusu Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb.
Bu barədə İnsanoid.com xarici KİV-ə istinadən məlumat verir.
Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.