Ukraynada müharibə başladıqdan sonra ilk dəfə Rusiya tərəfi Qara dənizə “Kalibr” qanadlı raketləri ilə təchiz olunmuş üç ədəd sualtı qayıq çıxarıb. Bu barədə APA 29 iyul tarixində xəbər verib.
Ölkənin Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi Dmitri Pletençuk sosial şəbəkədə paylaşım edib.
O qeyd edib ki, indiyədək regiondan buraxılan analoji raketlərin sayı 8 ədəddir.