Rusiyanın Amur vilayətində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Bu barədə 21 iyun tarixində APA Rusiya KİV-yə istinadən məlumat verib.
Belə ki, Rusiyanın Amur vilayətində Robinson R-66 helikopteri qəzaya uğrayıb. Helikopterin göyərtəsində pilot və üç sərnişin olub.
Faktla bağlı cinayət işi açılıb, zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.