Daha öncə məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 11 iyun tarixində xəbər verir.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o artıq İrəvandadır.
Rusiya Xarici İşlər Nazirliyi mayın sonunda Rusiyanın İrəvandakı səfirinin məsləhətləşmələr üçün Moskvaya çağırıldığına dair məlumat yaymışdı.